Pandemiya dövründə orta məktəblərdə tədrisin ənənəvi qaydada həyata keçirilməsi ilə bağlı qərar bütün ölkə ərazisində fəaliyyət göstərən məktəblərə şamil olunur.
Bunu Teleqraf.com-a açıqlamasında Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, təhsil sistemi bütün kütləvi yerlərin üçdəbirini təşkil edir:
"Sarı zona o deməkdir ki, artıq orada yoluxma var. Cənab nazirin də qeyd etdiyi kimi, təhsil müəssisələrində 2 milyondan artıq adamı birləşir. Bu insanların hərəkətə gəlməsi isə virusun yayılması deməkdir. Sarı zona adlanan ərazilərdə dərsləri ənənəvi qaydada təşkil etməklə həmin zonaları narıncılaşdıra bilərik".