3 Sentyabr 2020 23:56
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəaliyyət göstərən taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbilə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib.

Dərhal reaksiya verən sürücü Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb.

Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır.


Müəllif: Mənbə/Publika.az