Sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib.
Bildirilib ki, acağların dibi betondan təmizlənmiş, ağaclara su verilmiş və ərazi nəzarətə götürülüb.