15 Sentyabr 2020 09:14
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov karantinin yenidən sərtləşəcəyini istisna etməyib.

Teleqraf.com-un məlumatına görə, o, Real TV-yə müsahibəsində Operativ Qərargahın vaxtaşırı yumşalmalar həyata keçirməsinin sərbəstlikləri və təmasları artırdığını, bunun isə yoluxma sayına təsir etdiyini bildirib:

"Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.

Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər. Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır”.

Akif Qurbanovun müsahibəsini bütöv şəkildə təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər