29 Sentyabr 2020 21:35
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oqtay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, F.Oqtay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Ə.Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com