Birinci kurs tələbələri oktyabr ayının 1-dən ali təhsil müəssisələrinə müraciət edə bilərlər. Onlar üçün təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq prosesi təşkil ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
"Digər kurslar üçün isə tədris onlayn şəkildə davam etdiriləcək. Hazırda müvəqqəti olaraq 1 həftəlik distant təhsil dayandırılıb", - deyə nazir bildirib.