Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev özünün “Twitter” hesabında işğalçı ölkənin silahlı qüvvələrinin Mingəçevir şəhərinə raket zərbələri endirməsi ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:
“Ermənistan odla oynayır. Ən böyük su anbarının yerləşdiyi Mingəçevir şəhəri raket atəşlərinə məruz qalıb. Bu qorxaq hücum bölgənin indiyədək üzləşdiyi ən böyük terror aktıdır! Bu terror hücumuna qarşı Azərbaycanın yüksək səviyyədə cavabı olacaq. Ermənistan terror deməkdir”.