Məlum olduğu kimi, Səhiyyə Nazirliyinin baş infeksionisti vəzifəsinə Təyyar Eyvazov təyin edilib.
Teleqraf.com Təyyar Eyvazovun qısa bioqrafiyasını təqdim edir.
Təyyar Eyvazov 27 may 1961-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profillaktika fakultəsinə daxil olub, 1984-cü ildə oranı bitirib.
Yoluxucu xəstəliklər üzrə, o cümlədən qastroenterologiya üzrə müxtəlif təkmilləşdirmə kursları keçib. 2006 və 2007-ci illərdə ABŞ-da xüsusi təhlükəli infeksiyalar kursunu bitirib.
Bundan başqa, Türkiyədə, Rusiyada, Latviyada, Misirdə, Avstriyada, Almaniyada, İsraildə təcrübə keçib. 1997-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Yoluxucu xəstəliklər, o cümlədən kəskin və xroniki virus hepatitləri, digər qaraciyər xəstəlikləri, bağırsaq, zoonoz, hava-damla, neyroinfeksiyalar və başqa sahələrdə təcrübəsi var.
Bu vəzifəyə təyin olunana qədər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışıb.