7 Oktyabr 2020 16:48
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a bildirilib ki, nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-sentyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Bu təminat növləri üzrə əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8% və ya 853,8 mln. manat çox olmaqla 4 mlrd. 302 mln. manat ödənilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər