Bosniya və Herseqovinanın ən böyük ali təhsil ocaqlarından biri olan Mostar Universiteti ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Teleqraf.com-un məlumatına görə, müqavilə tərəflər arasında beynəlxalq layihələrin birgə icrasını, müştərək elmi tədqiqatların həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini və digər əməkdaşlıq əlaqələrini nəzərdə tutur.