17 Oktyabr 2020 21:31
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünün bərpası uğrunda işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan respublikasının silahlı qüvvələrindən azad etmək məqsədilə Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirir”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciətində yer alıb.

Müraciətdə qeyd edilir ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində son həftələr ərzində bir sıra şəhər və yaşayış məntəqələri işğaldan azad edilib: “Hərbi əməliyyatlar yalnız beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq aparılır.

Azad edilmiş ərazilərin yerli əhalisinə hər cür yardım göstərilir, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın müdafiə nazirliyinin əsir düşmüş əsgərləri ilə Cenevrə Konvensiyalarının normalarına və əlavə protokollarına uyğun davranır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etdiyini dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşıdurmanın coğrafiyasını genişləndirməyə və müharibə bölgəsindən 60-100 km məsafədə yerləşən Azərbaycanın şəhərlərinə zərbələr endirməyə qərar vermişdir.

Son bir neçə gün ərzində Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və yaşayış məntəqələrində yerləşən mülki obyektlər və yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalmışdır.

Erməni tərəfin təcavüzü çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnmişdir. 27 sentyabr tarixindən etibarən 17 oktyabr tarixinə qədər 60 mülki şəxs həlak olmuş, 271 nəfər yaralanmışdır. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar var. Mülki infrastruktura ciddi ziyan dəymişdir.

Bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürüdür.

Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərəkətlərinə görə beynəlxalq hüquqi məsuliyyətini müəyyənləşdirib, tədbirlər görməlidir.

Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatlarını, Ermənistan hökumətinin müharibə cinayətlərini qınamağa çağırırıq.

Bəşəriyyətə qarşı yönələn bu cinayətlər haqqında məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşizm və nasizm siyasətinə açıq surətdə "YOX" deməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər