Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. 1761-ci ildə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib.
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə təmir edilərək qonaq evi kimi istifadəyə verilib.