Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, xəbərdarlığa görə, vətəndaşlar ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıdırlar.
Qeyd olunub ki, Ermənistan terrorçu dövlətdir, düşmən ölkəmizin böyük şəhərlərində, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil:
"Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq".