Regional Qadın Təşəbbüsləri İB layihənin icrasını uğurla başa vurdu. “Əməkçi qadınların şəxsi gigiyenasının qorunmasına dair maarifləndirmə və Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrinə sosial dəstək” layihəsi 3 ay müddətində icra edildi.
Təşkilat sədri Məmmədova Kubranın sözlərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilib: “Layihənin məqsədi koronavirus pandemiyasından zərər çəkən 15 imkansız ailəyə ərzaq yardımının göstərilməsi və bununla yanaşı 2019-cu ilin sonlarından baş qaldıran bu günədək səngimək bilməyən Covid-19 pandemiyasının primitiv üsullardan istifadə edərək qarşısının alınmasının mümkün olmasının izah etməkdir. Bizim başlıca niyyətimiz Respublika üzrə aparılan maarifləndirmə işlərə ictimai dəstək verməkdir.
K.Məmmədovanın sözlərinə görə, imkansız ailələrin siyahısı Ailə, Qadın və uşaq problemləri üzrə dövlət komitəsindən verilib. Təşkilatın xahişi üzərinə Komitə bizə ailə başçısı olmayan tək övlad böyüdən işləmək imkanları məhdud olan Qəbələ rayonunda yaşayan 15 qadının siyahısını təqdim etdi. Həmin siyahını Şura ilə razılaşdırıldıqdan sonra həmin ailələrə ərzaq alınması üçün kupon verildi. Dəstək göstərilən ailələr onlara təqdim olunan kuponla tövsiyə olunan marketlərdən ehtiyacları olan ərzaqları rahatlıqla ala bildilər. Bunu canlı-canlı monitoriq etmək imkanımız oldu, market adminstiratoru ilə bir başa əlaqə saxlayaraq yarana biləcək problemlərin qarşısını almağa çalışdıq. Bu prosesdən sonra bizim Qəbələ rayonunda başlıca məqsədimiz olan maarifləndirmə kompaniyamıza başladıq. Hazırlamış olduğumuz buklet, plakatlar market, qadın və kişi salonları, geyim mağazalarında paylandı bukletilərlə yanaşı sağlamlığın qorunması üçün tibbi əlcək və tibbi maskalarda paylandı. Yuxarıda sadaladığımız maarifləndirici vasitələr həmdə yol kənarlarında çalışan çörək və digər məhsullar bişirib satan Qadınlarada paylandı. "