30 Oktyabr 2020 11:26
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 7-8 aydır ki, pandemiya şəraitində yaşayırıq. Doğrudur, yoluxma sayı artıb. Lakin artım sürətini müqayisə etsək, zəifləmə müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:

"Bu situasiyadan çıxmaq üçün hər bir vətəndaşın müvafiq davranışı vacibdir. İş yerləri, ictimai nəqliyyat, ailədaxili yoluxmalar xəstəliyin artmasında ən çox rol oynayan amillərdir. Biz hər iki həftədən bir vəziyyəti qiymətləndirə bilirik. Bu gün davranışı dəyişməyə başlayarıqsa, 10 gün sonra daha yaxşı vəziyyətlə qarşılaşa bilərik.

Təbii ki, biz ənənəvi təhsilin tərəfdarıyıq. Lakin bizim üçün əsas olan insanların sağlamlığıdır. Ola bilər, kimsə maska taxmayanda düşünür ki, bunun təhsillə heç bir əlaqəsi yoxdur. Nəzərə alaq ki, virus görünmür və hər kəs bir-birini yoluxdura bilir. Xalqımız üçün şanlı tarixin yazıldığı, böyük məsələlərin həll olunduğu dövrdə üzərimizə düşən vəzifə qoyulmuş qaydalara əməl etməkdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər