Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Adil İsmayılov koronavirusdan dünyasını dəyişib.
Adil İsmayılov 1955-ci il iyulun 6-da Göyçayda anadan olub. Bakı Dövlət Universietinin hüquq fakültəsini (1973-1978) bitirib.
İlk fəaliyyətə prokurorluq orqanlarında başlayıb. Sumqayıt şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, daha sonra Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq olub.
1990-cı illərdə öz ərizəsi ilə işindən ayrılıb.
"Adisad" hüquq firmasının direktoru idi.
Vəkil kimi “Qara kəmər” əməliyyatında DİN generalı Zakir Nəsirovun, Macarıstanda mühakimə olunmuş Azərbaycan hərbçisi Ramil Səfərovun, “MTN işi”ndə general Sübahir Qurbanovun hüquqlarını müdafiə edib. Sonuncu işində isə Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəkili idi.
Allah rəhmət eləsin!