8 Dekabr 2020 10:58
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dünən ölkə ərazisində görülən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 16 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Onlardan 13 nəfəri yaşadığı evə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 13 nəfər barəsində cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər