17 Dekabr 2020 11:00
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Məmmədov Oruc Nüsrət oğlu həbs edilib.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəisi Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən şəxs barədə nazirlikdə bir neçə ay əvvəl araşdırma başlanıb: "Araşdırmanın nəticəsi olaraq onun fəaliyyətində ciddi qanun pozuntusu aşkarlanıb və həmin şəxs vəzifəsindən azad edilib. Bununla yanaşı, O. Məmmədovun fəaliyyətinə hüquqi qiymət verilməsi üçün sənədlər araşdırılması üçün prokurorluğa göndərilib. Araşdırmanın nəticəsi olaraq O.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər