17 Dekabr 2020 12:00
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcək. Döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

"Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir", - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər