Müğənni İbrahim Borçalının avtomobil qəzasında dünyasını dəyişən 21 yaşlı oğlu Rəhim Həsənov ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, İbrahim Borçalı İnstaqramda oğlunun fotosunu paylaşaraq ölümündən 5 ay keçsə də, buna alışa bilmədiyini qeyd edib.
"5 ay keçdi, yoxsan. Deyirlər vaxt keçdikcə insan yoxluğa alışır. Amma elə deyil".
Qeyd edək ki, Rəhim Həsənov Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində avtomobil qəzasında dünyasını dəyişib.