“Microsoft” şirkəti rus hakerlərin onlara kiber hücum təşkil etdiyini, ancaq zərər vura bilmədiklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “Microsoft” ABŞ federal agentliklərinə qarşı kiber hücumun arxasında dayanan rus hakerlərin şirkətlərinin daxili qaynaq kodlarına giriş əldə etdiklərini deyib.
“Microsoft” heç bir müştəri məlumatları və xidmətlərinin risk altına düşmədiyini bildirib.
“Microsoft” hakerlərin hansı kodu gördükləri barədə suala cavab verməyib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev bəzi nazirliklərə kiber hücum olduğunu, ABŞ mətbuatı isə bu hücumun arxasında Rusiya hökumətinin dayandığını iddia etmişdi.