7 Yanvar 2021 09:05
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az insanın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Rusiya futbolunun tanınmış simalarından biridir.

Azər Əliyev — Azərbaycan əsilli rusiyalı futbolçu. Hazırda Rusiyanın “Ufa” futbol klubunun heyətində yarımmüdəfiçi kimi çıxış edir.

Azər İlqar oğlu Əliyev 1994-cü il mayın 12-də Gürcüstanda (Bəzəkli kəndi) anadan olub. Azər Krasnoyarsk futbol məktəbinin yetirməsidir.

Doqquz yaşında məşqçi Aleksey Lazarenkonun rəhbərliyi altında 16 yaşına qədər əsas komandasında oynadığı Krasnoyarskın futbol üzrə 2 nömrəli Gənclər İdman Məktəbinə dəvət edilib. Sonrakı dövrdə “Yenisey” futbol klubuna keçib.

2013-cü ilin payızında ikinci divizion klubu “Saxalin”də icarə əsasında oynayıb və burada 10 matçda 6 qol vuraraq özünü yaxşı tərəfdən göstərə bilib. 2015-ci ildə icrarə müddəti bitdikdən sonra “Yenisey”ə qayıdıb və klubun əsas komandasındakı mövqeyini möhkəmləndiriməyi bacarıb. Ümumilikdə, Krasnoyarsk klubu üçün çempionatda 89 matç keçirib və 6 qol vurub.

2015-ci ilin noyabrında Rusiyanın 1994-cü il təvəllüdlü futbolçulardan ibarət millisinin əsas heyətində İtaliyanın B komandası ilə oyun üçün yer alsa da, zədə səbəbiylə matçda iştirak etməyib.

Azər 2016-cı ilin avqust ayında Azərbaycan millisində oynamaq istədiyini açıqlasa da, bununla bağlı məsələ həllinə tapmayıb.

2017-ci ilin yayında “Krılya Sovetov”a transfer olunub. Bu komandanın əsas heyətində 2017/18 mövsümünün 38 matçının hamısında oynayaraq Premyer Liqaya getmə haqqını qazanıb. Lakin Rusiya Premyer Liqasında Samara təmsilçisinin heyətində yalnız bir matçda yaşıl meydana çıxıb. 2018-ci il avqustun 11-də “Rostov”la qarşılaşmanın 42-ci dəqiqəsində əvəzlənib.

2018-ci ilin avqust ayının sonuna qədər yuxarı divizionda oynayaraq “Ufa”ya transfer olunub. “Ufa”nın heyətində ilk qolunu 2019-cu il dekabrın 7-də “Axmat” komandasının qapısından keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər