18 Yanvar 2021 23:29
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində – Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti daxil olub. Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən edilib ki, ticarət köşkü qeyd olunan ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırılıb, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılıb.

Komitədən Teleqraf.com-a bildiriblər ki, bununla əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilib və qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb, konstruksiyanın piyada səkisi üzərindən götürülməsi təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər