Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və sair əks olunan 500 manatlıq “kağız pul nişanı”nın təsvirləri yayılıb. Qeyd edək ki, Konstitusiyanın və “Mərkəzi Bank haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilir.
AMB-dən Teleqraf.com-a bildirilib ki, Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.