27 Yanvar 2021 12:40
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şagirdlərin summativ qiymətləndirilməsində köçürmə hallarını nəzərə alaraq, qiymətləndirmənin məsuliyyətinin bir hissəsi müəllimlərin üzərinə düşür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva tədrisin ənənəvi formasının bərpası haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu prosesdə məqsəd müəllimin şagirdi daha yaxşı tanıması, bilik və bacarıqlarına bələd olmasıdır: "Əgər neqativ hallar olarsa, apellyasiyaya müraciət olunaraq araşdırılır. Əgər şagird valideyn köməyi ilə imtahan verirsə, burada valideyn övladını aldatmış olur. Bu zaman məktəb yox, yalnız şagird itirir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər