23 Oktyabr 2014 22:14
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-i və 22-də Ərzurum şəhərində yerləşən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-polkovnik Şərəf Önqayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətini qərargahda qəbul edən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev türkiyəli qonaqların Naxçıvana səfərini iki qardaş ölkə arasında hərbi sahədə əlaqələrin inkişafı kimi dəyərləndirib.

Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyətin sosial-məişət şəraiti, döyüş hazırlığının səviyyəsi ilə tanış olub, yeni açılmış Təlim və Tədris Mərkəzinə baş çəkib, poliqonda bölmələrlə keçirilən taktiki təlimləri izləyiblər.


Müəllif:

Oxşar xəbərlər