29 Yanvar 2021 20:25
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Belə ki, 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00- 2 dək, 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Qərar yanvarın 30-dan qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər