6 Fevral 2021 11:08
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı xarici ölkə səfirləri, hərbi atteşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər proqaramı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, xarici diplomatlar əvvəlcə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedəcəklər.

Onlar kənddəki vəziyyətlə əyani şəkildə tanış olacaqlar. Nümayəndə heyəti daha sonra Cəbrayıl şəhərinə yola düşəcəklər. Diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi abidələrə baxacaqlar və Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla əyani formada tanış olacaqlar.

Daha sonra isə xarici dipomatların Zəngilan rayonuna səfəri baş tutacaq. Onlar Mincivan qəsəbəsindəki vəziyyətlə tanış olacaqlar. Diplomatik korpusun nümayəndələrinə Zəngilan rayonu ilə bağlı geniş məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər