Bu gün Beynəlxalq Türk akademiyası TWESCO türk dünyasının məşhur türkoloqu, hərbi-siyasi xadim, başkir milli-azadlıq hərəkatının başçısı, tarixçi alim Əhməd Zaki Validi Tuğanın həyatına həsr olunmuş “Zeki Validi Toğan: Bilik adamı, siyasətçi və şəxsiyyət” adlı konfrans keçirib.
Konfransada TWESCO-nun prezidenti dr. prof. Darxan Kıdıralı, Zeki Velidinin övladları İsenbikə Togan ve Subidey Togan, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Mambet Koygeldiyev, Rusya Eilimlər Akademiyasının Ufa Elmi Mərkəzi, Tarix, Dil və Ədəbiyyat İnstitutunun başçısı Firdovsi Hisamutidnov və həmin elm mərkəzinin elmi işçisi Ahar Salihov, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, elmlər doktoru prof.dr. Qəhrəman Rəcəbov, Nazarbayev Universitetinin rpofessoru Uli Şamiloğlu, Trük Tarixi bölməsinin müdiri Tuncer Baykara, Qırğızstanını tanınmış türkoloqu prof.dr. Kıdırali Konkobayev, “Agidel” Başkurt Mədəniyyət Mərkəzinin sədri Əzəmət Rıskildin iştirak ediblər.
Konfransda 1890-cı ildə Başqırdıstanda dünyaya gələn Zəki Validinin gənc yaşlarından türk dünyasının birliyi üçün gördüyü işlər, yazdığı əsərlər və əməli fəaliyyəti barədə geniş müzakirələr aparılıb.
Qeyd olunub ki, hazırda dünyanın bir çox məşur elm mərkəzləriu, türkoloji irsini araşdıran universitetləri Əhməd Zəki Validinin özündən sonra qoyub getdiyi əsərlərinə müraciət edirlər. Sabiq Sovetlər ölkəsinin və indiki türk dünyasının danılmaz ismi, trük tarixi irsini yazıb bu günümzə saxlayan böyük alimin büstü və barelyefi bu yaxınlarda Sankt Peterburun Türk Tədqiqatları Elm Mərkəzinin qarşısından götürülüb. Konfransada çıxış edən Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, elmlər doktoru prof.dr.Qəhrəman Rəcəbov öz çıxışında bu olaydan bütün türkdilli xalqların narahatlıq keçirdiyini bildirib.
Konfransın spikeri Beynəlxalq Türk Akademiyasının prezidneti Darxan Kıdıralı alimin bu narahatlığına cavab olaraq bildirib ki, Qazaxıstan Milli Komissiyası bu yaxınlarda qədim Çimkənt şəhərinin böyük meydanlarından birinə Əhməd Zəki Validinin adını verəcək. Həmin meydanda Zəki Validinin büstü və barelyefi də olacaq.
Nazarbayev Universitetinin rpofessoru Uli Şamiloğlu sonda bildirib ki, Atatürklə sıx dostluq əlaqələri olan Əhməd Zaki Validini unutmaq, türk tarixini unutmaq deməkdir. O, Türkiyədə ən böyük tarixçi kimi qəbul edilib. Biz belə qərara gəlmişik ki, biz XXI yüzilin türkolojisini qurmalıyıq. Türk oğulları və qızlarının qoyub getdiyi mirası yenidən öyrənməliyik.
Konfranssın sonunda professor Darxan Kıdıralı bildirir ki, Türk dünyasının ən böyük tarixçisi, əlçatmaz zirvəsi olan Zəki Validinin əsərlərini bütün türk dillərinə çevirib təhsil ocaqlarında yaymalıyıq. Bu kitabları tərtib edib yayanlara isə Türk Akademiyası dəstək göstərəcək.