Bu ilin yanvar ayında Azərbaycanda yük daşınması əvvəlki ayla müqayisədə 12,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12 % azdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.
Hesabat dövründə sərnişin daşınması əvvəlki ayla müqayisədə 6,4 %, illik müqayisədə isə 53,8 % azalıb. Yüklərin 51,9 %-i avtomobil, 36,9 %-i boru kəməri, 8,1 % dəmir yolu, 2,8 % dəniz, 0,3 % isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 99,8 % avtomobil, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Qeyd edək ki, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikasına və bəzi rayon, şəhərlərin ərazisinə giriş-çıxışın, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması yük və sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.