23 Fevral 2021 23:56
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universiteti Bakıda dəm qazından boğulan tələbə ilə bağlı məlumat yayıb.

Universitetdən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən biri, Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi Əliyev Lətif Rəşad oğlu olub.

Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər