1 Mart 2021 16:15
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası üzrə tədbirlər davam etdirilib, mühüm qanunvericilik aktları hazırlanıb və bir çoxu qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib.

Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər