3 Mart 2021 10:01
2 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un məlumatına görə, Vahidə Sadıqovanın cənazəsi yaxın vaxtlarda Təzəpir məscidinə aparılacaq.

Xalq artistinin həyat yoldaşı günorta saatlarında Xırdalan qəbiristanlığında dəfn ediləcək.

***

08:17

Xalq artisti Fəxrəddin Manafovun ailəsinə ağır itki üz verib.

Teleqraf.com xəbər verir ki, xalq artistinin həyat yoldaşı Vahidə Sadıqova 65 yaşında dünyasını dəyişib.

Vahidə Sadıqova bu gün gecə saatlarında vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasında diktor olub.


Müəllif: Rəqsanə Həsənova