27 Oktyabr 2014 13:44
2 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov yeni roman yazıb.

Bu barədə Teleqraf.com-a açıqlama verən müəllif bildirib ki, “X-Ledi” adlanan romanı yaxın günlərdə işıq üzü görəcək.

“Uzun müddətdir ki, praktik psixoloq kimi fəaliyyət göstərirəm. Rastlaşdığım insan taleləri, konsultasiya prosesində qarşılaşdığım insanlar və onların psixoloji narahatlıqlarının şüuraltı səbəbi, pasiyentin problemi üzərində apardığım müşahidələr məni bu romanı yazmaq üçün həvəsləndirdi. “X-Lady” konsultativ xarakterli romandır. Roman haqqında ətraflı danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, roman yazıldığı janrda bir ilk olacaq. Geniş oxucu kütləsinin maraqla oxuyacağından əminəm. Çünki mövzu kifayət qədər aktualdır. Evli olduğu halda başqa kişilərə aşiq olan X-Ledinin çırpınışları və düşdüyü vəziyyətdən çıxmaq üçün psixoloqa müraciət etməsi ilə başlayan roman, psixoloq konsultasiyaları ilə davam edir. Romanda psixaloji konsultasiyanın strukturu gözlənilib. Anonimlik qorunub. Roman eyni psixoloji narahatlıqdan əziyyət çəkən, ancaq obyektiv səbəblərdən əyani psixoloji dəstək ala bilməyən, eləcə də psixologiya həvəskarları üçün də maraqlı olacaq.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər