Yutub COVID-19 vaksinləri haqqında yanlış məlumat verən videoları silib.
Teleqraf.com xəbər verir ki, kanal ötən ilin 30 oktyabrından bu günə qədər vaksin haqqında yanlış məlumatlar yayan 30 min videonu ləğv edib.
Yutubun sözçüsü Elena Hernandez bildirib ki, silinən videolar Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 vaksinləri haqqında verdiyi məlumatlara zidd idi.
Onun sözlərinə görə, ümumillikdə 2020-ci ilin fevralından bu günədək COVID-19 pandemiyası haqqında yanlış məlumatlar yayan 800 min video yutubdan silinib.
Qeyd edək ki, feysbuk və tvitter də COVID-19 pandemiyası haqqında yanlış məlumatlar yayan paylaşımların silinəcəyini bildirib.