27 Oktyabr 2014 17:33
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 oktyabr 2014-cü il tarixində Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) 29 oktyabr 2014-cü il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər