Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla qəbul keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə bir neçə sakinin müraciəti dinlənilib.
YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilib.
Vətəndaşlar qarşılaşdıqları problem və çətinliklərlə bağlı Hicran Hüseynovaya müraciət edib.
Seçicilər tərəfində səsləndirilən müraciətlər əsasən, işsizlik, sosial məsələlər və ailədaxili problemlər və s. bağlı olub.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi və araşdırılması üçün qeydə alınıb. Bəzi məsələlərin isə müvafiq idarə və strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.