25 Mart 2021 15:53
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova Vətən müharibəsinin şəhid və qazi ailələrini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarının ailə üzvləri ilə görüşə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası və Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyasının idarə heyyətinin üzvi Cəmilə Abdullayeva, AQSİA üzvləri Aynur Musayeva, Rübabə Mürşüdova və Sumqayıt Şəhər İcra hakimiyyəti nümayəndəsi Samir Bədəlov da iştirak edib.

Şəhid ailələrində olarkən dərin hüzünlə şəhidlərimizi yad etdiklərini və qürur hissi duyduqları bildirilib. Ailələrin bizlərə şəhidlərimiz tərəfindən əmanət olduğunu qeyd edərək hər zaman ailələrin və şəhidlərimizdən yadigar qalan övladlarının tam dəstək olaraq yanlarında olacaqlarını nəzərlərinə çatdırıblar.

Şəhid ailələri işğalçı Ermənistan ordusu üzərindəki tarixi qələbədən, bu qələbədə şəhidlik zirvəsinə ucalan vətən oğullarının gösdərdikləri şücaətdən, oğullarının vətənə, torpağa bağlı olan sevgisindən danışıblar.

Ziyarətdə həmçinin qazilərin və ailə üzvlərinin qayğıları ilə maraqlanılıb, onların daim diqqətdə saxlanılacağı vurğulanıb. Bayram münasibəti ilə ailələrə təbriklər çatdırılıb, gələn bayramı işğaldan azad edilmiş Qarabağ torpaqlarında qeyd etməyimizi arzulayıblar.

Şəhid ailələləri və qazilərimiz Silahlı Qüvvələrimizin şərəfli döyüş yolundan danışıb, onları ziyarət etdikləri üçün təşəkkürlərini bildiriblər.

Dövlət başçısının və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər. Vurğulayıblar ki, İlham Əliyevin tutduğu bu yolu dəstəkləyir və hər zaman prezidentimizin yanında bir yumruq kimi birləşəcəyik.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər