"Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Türkiyə millisinə dəstək olub.
Teleqraf.com xəbər verir ki, Səlcuq Bayraqdar sosial şəbəkədə Türkiyə millisinin fotosunu paylaşaraq "Hollandiya, Norveç... Növbətini gözləyirik. Bizim uşaqlar", -deyə qeyd edib.
Qeyd edək ki, Türkiyə millisi Hollandiya və Norveç yığmasını məğlub edib. Və növbəti oyununu martın 30-da Latviyaya qarşı keçirəcək.