28 Oktyabr 2014 16:11
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Mübarək bin Fahad Əl-Tənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Teleqraf.com xəbər verir ki, nazir Kəmaləddin Heydərov bildirib ki, bu yaxınlarda Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və keçirdiyi görüşlər, habelə səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin uyğun nazirlikləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı imkanlar yaradır.

Səfir Mübarək bin Fahad Əl-Təni Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini bildirib.

Nazir Kəmaləddin Heydərov səfir Mübarək bin Fahad Əl-Təniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər