"Mövcud qaydalara görə sinifdə bir yoluxma varsa, həmin sinif, yox əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa, o zaman məktəb distlant təhsilə keçir".
Bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.
“Bir müəllimin daha çox sinfə girməsi və daha çox şagirdlə ünsiyyətdə olması yoluxma sayını kəskin artırır. Bununla da məktəbin böyük hissəsinin karantinə alınması ehtiyacını yaradır. Bu səbəbdən də məktəblər distant təhsilə keçir. Biz martın 29-dan tədrisə başladıqdan sonra cəmi 3 gün ərzində ölkə üzrə 61 ümumitəhsil məktəbinin fəaliyyətini distant təhsilə keçirmək məcburiyyətində olduq. Onlardan 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəki məktəbi olub”, - nazir bildirib. /Report/