8 Aprel 2021 17:17
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

Bu barədə Teleqraf.com-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər