19 Aprel 2021 13:31
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamda öz əksini tapıb.

Konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup aşağıdakı tərkibdədir:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər