22 Aprel 2021 09:59
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Aztelekom MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, S.Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb. Hələlik onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, S.Paşayev bir müddət öncə koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər