24 Aprel 2021 11:26
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə daha bir təyinat olub.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Şəmkir Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Belə ki, Şəmkir RİH başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə qeyd olunan şöbənin böyük məsləhətçisi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Musayev İlkin Fikrət oğlu təyin edilib.

Qeyd edirik ki, İlkin Musayev 1994-cü ildə Sabirkənd kəndində anadan olub, Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər