Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinə yeni təyinat olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis leytenantı Zaur Məmmədov yol nəqliyyat hadisəsi inspektoru təyin olunub.
Qeyd edək ki, sözügedən ştat Tovuz rayon Polis Şöbəsində yeni ştatdır.