Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev Şuşa ilə bağlı maraqlı təkliflə çıxış edib.
Teleqraf.com xəbər verir ki, diplomat Şuşa Mərkəzi kitabxanasına Azərbaycan, türk, rus və ingilis dillərində 1000 ədəd kitab hədiyyə etmək istədiyini bildirib.
Vilayət Quliyev ümid edir ki, Şuşada mərkəzi kitabxananın açılması gündəmdədir.