5 May 2021 15:36
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 may 2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən akademik Zərifə Əliyeva adına uşaq bağçasının uşaqları üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissəsinə ekskursiya təşkil olunub.

Teleqraf.com xəbər verir ki, ekskursiya zamanı uşaqlara yanğınsöndürmə texnikası və avadanlıqları ilə işləmə qaydaları nümayiş etdirilib. Yanğın avtomobilləri və avadanlıqlar uşaqların böyük marağına səbəb olub.

Uşaqlara, həmçinin odla ehtiyatsız davranmanın fəsadları izah edilib, yanğın baş verdiyi zaman tələb olunan zəruri davranış qaydaları barədə məlumat verilib.


Müəllif: Teleqraf.com