7 May 2021 19:57
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair bu gün keçirilən seçkilərin II mərhələsi başa çatıb.

Teleqraf.com "Azəriqaz"a istinadən xəbər verir ki, vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 17 namizəd arasından 11 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib. Beləliklə, Şura aşağıdakı tərkibdə formalaşıb:

Salmanov Elçin Fikrət oğlu;
İbrahimli Qorxmaz Əbülfəz oğlu;
Hüseynov Eyyub Mahmud oğlu;
Bəşirov Xəyal Kamil oğlu;
Əliyev Mayis Nəbi oğlu;
Məmmədov Sahib Məlik oğlu;
Nəsirov Şaban Fəxrəddin oğlu;
Quliyev Rəşad Xasay oğlu;
Quliyev Zaur Yunis oğlu;
Azərtaş Lalə Qabil qızı;
Rəhimzadə Vüqar Gəncəli oğlu.

Təkrar seçkilərdə səsvermə hüququ olan təmsilçilərin 86,7 %-i iştirak edib. Bundan öncə aprel ayının 30-da keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 % səsini toplaya bilməyib. Ona görə də Seçki Komissiyası ikinci mərhələyə dair qərar qəbul edib. İkinci turda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər