31 Oktyabr 2014 17:27
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “Coca-Cola” şirkətinin Azərbaycanda birgə həyata keçirdiyi “Youth Inc.” Proqramı çərçivəsində gənc sahibkarlar üçün silsilə təlimlərə start verilib.

Teleqraf.com-un məlumatına görə, “Youth Inc.” Proqramı DVC tərəfindən “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqram gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Proqramın əsas tərəfdaşları Azərbaycan Gənclər və İdman Nazirliyi, Coca-Cola Şirkəti və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyidir. Coca-Colanın əsas məqsədlərindən biri Azərbaycanda gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır. Coca-Cola öz resurslarından yerli icmaların inkişafına investisiya qoyur. Son iki ildə Youth Inc çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.

ATV telekanalında yayımlanan “İdeya Qazandı!” işgüzar televiziya müsabiqəsində iştirak hüququ qazanan gənc sahibkarlar üçün keçirilmiş ilk təlimdə 30-a yaxın gənc sahibkar iştirak edib. İştirakçılar biznes ideyanın təqdim olunması, layihələndirilməsi və başqa mövzular ətrafında bilik və bacarıqlara yiyələniblər.

Təlimin iştirakçısı Ramin Səmədov həyata keçirilən təlimin gənc sahibkarlara fayda verdiyini və müsabiqədə uğurlu nəticələr əldə etmək üçün bir vasitə olduğunu vurğulayıb.

Təlimin digər iştirakçısı Təbrizə Quliyeva isə təlimdən sonra sahibkarlıq fəaliyyəti haqqında yeni biliklər əldə etdiyini bildirib, həmçinin, müsabiqədə iştirakında bu biliklərdən istifadə edəcəyini və müsabiqədən uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib.

Proqram çərçivəsində növbəti təlimlər 1-2 noyabr tarixlərində təşkil olunacaq.

Naibə


Müəllif:

Oxşar xəbərlər